
BAKI, 16 aprel. TELEQRAF
Bütün silahlar il ərzində müstəsna dövlət nəzarətinə keçməlidir.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun “Hizbullah” Hərəkatının tərksilah edilməsi məsələsi barədə danışarkən deyib.
“Bütün silahların dövlətin tabeçiliyinə verilməsi barədə qərar verilib. Proses prezident administrasiyası və “Hizbullah” arasında ikitərəfli olması lazım olduğuna inandığım dialoq yolu ilə baş tutacaq”, - prezident bildirib.