BAKI, 13 aprel. TELEQRAF

"Türkiyədə Rusiya və Ukrayna arasında zirvə görüşünün keçirilməsi mümkündür, lakin onun həyata keçirilməsi bütün tərəflərin birgə səylərini tələb edir".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici əlaqələr üzrə sədr müavini Halil Qorxmaz deyib.

O vurğulayıb ki, rus və ukrayna xalqlarının çoxlu ortaq cəhətləri var, ona görə də bu xalqları ayırmaq mümkün deyil.