BAKI, 12 aprel. TELEQRAF
"Əgər ABŞ ilə ticarət müharibəsi daha da şiddətlənərsə, Çin bəla ilə üzləşəcək”.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Levitt keçirdiyi brifinqdə bildirib.
"Çin ABŞ ilə tariflər barəsində dəyişiklik etməyə razı olarsa, prezident mərhəmətli olacaq. Çin indiki mövqedə qalarsa, bu, onlar üçün yaxşı olmayacaq. ABŞ dünyanın ən güclü, ən yaxşı iqtisadiyyatına malikdir. Bunun sübutu kimi 75-dən çox ölkə administrasiyaya dərhal tariflərləri dayandırmağa çağırışıdır", - Levitt bildirib.
O əlavə edib ki, Çin Prezident Donald Tramp ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmaq üçün fürsət axtarır.