BAKI, 9 aprel. TELEQRAF
Çin Xarici İşlər Nazirliyi Rusiya tərəfində döyüşən 2 çinli vətəndaşın Ukrayna tərəfindən əsir götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Pekinin reaksiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin hökumətindən bu məsələ ilə bağlı açıqlama tələb etməsindən bir gün sonraya təsadüf edib.
Nazirlikdən bildirilib ki, hazırda bu məsələ ilə bağlı Ukrayna tərəfi ilə birgə araşdırma aparılır.
Qeyd olunub ki, Çin hökuməti vətəndaşlarına silahlı münaqişə zonalarından uzaq durmağı və heç bir tərəfin hərbi əməliyyatlarında iştirak etməməyi daim tövsiyə edib.