BAKI, 9 aprel. TELEQRAF

İsrail ordusu Livanın Bekaa bölgəsində Hizbullahın hava hücumundan müdafiə bölməsinə aid silah anbarına hava hücumu təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Livanın Bekaa bölgəsində Hizbullahın hava hücumundan müdafiə bölməsinə aid silah anbarına hava zərbəsi endirilib. Hizbullah silahlarının Livanda olmasının İsrailin təhlükəsizliyinə təhdid yaratdığı vurğulanıb.

Hücumda hər hansı itkinin olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.