BAKI, 23 sentyabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilməsi gözlənilən görüşdə Moskva ilə Vaşinqtonun təşkilat daxilində əməkdaşlığını müzakirə edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdirlər, lakin Moskvanın qiymətləndirməsinə görə, bu imkanlardan hazırda tam istifadə olunmur.

Lavrov və Rubionun görüşünün sentyabrın 23-də Nyu-Yorkda keçirilməsi gözlənilir. Bu tarix Rusiya tərəfinin digər açıqlamalarında da qeyd olunub.