BAKI, 23 sentyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İran tərəfi ilə vasitəçilər üzərindən keçirilən məsləhətləşmələri uğurlu adlandırıb.

Teleqraf xəbər verir ki, Uitkoff bu barədə “X” hesabında bildirib.

Onun sözlərinə görə, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran nümayəndə heyəti ilə vasitəçilər üzərindən uzunmüddətli danışıqlar aparılıb.

“Vasitəçilər gün ərzində tərəflər arasında əlaqə saxlayıblar. Ümid edirik ki, konstruktiv və perspektivli olacaq danışıqlar raundu uğurla başa çatıb. Vasitəçilər işi davam etdirəcəklər”, – Uitkoff qeyd edib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla münaqişənin dayandırılmasına dair razılaşmanın əldə olunması üçün zəmin olduğunu bildirib. Onun sözlərinə görə, Cared Kuşner və Stiv Uitkoff İran məsələsi üzrə vasitəçilərlə “çox məhsuldar” görüş keçiriblər.