BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.
Teleqraf-ın xəbərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncam ümumilikdə 20 nəfərə şamil olunub.
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var.
Ümumilikdə 5 nəfər əcnəbi olmaqla onların 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Pakistan vətəndaşıdır.
Sərəncamla on dörd Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azadl edilib.
Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.
***
14:11
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub.
Azərbaycan Prezidentinin sərəncamı əsasında əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var. Əfv siyahısındakı 5 əcnəbidən 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Pakistan vətəndaşıdır.
Əfv sərəncamı ilə 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azad edilir.
Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.