“Düşünürəm ki, onların hər ikisi (Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski) müharibənin bitməsini istəyir. Artıq vaxtıdır. Çox sayda insan həlak olur və onlar bunu istəmirlər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən öncə bildirib.
ABŞ Prezidenti Zelenski ilə münasibətlərinin çox güclü olduğunu qeyd edərək, tərəflərin müharibənin həlli yolunu tapmağa çalışdıqlarını bildirib.
“Düşünürəm ki, bu baş verəcək. Mən həqiqətən buna inanıram. Amma müzakirə edəcəyimiz çox məsələ var”, – Tramp əlavə edib.