BAKI, 23 sentyabr. TELEQRAF

“ABŞ Ermənistanda “Tramp marşrutu”nun tikintisinə başlamağı səbirsizliklə gözləyir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü ilə əlaqədar təbrik məktubunda deyib.

“Tarixi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünü irəli apardığımız vaxtda Cənubi Qafqazda sülh və rifaha sadiqliklə Ermənistanda tikinti işi aparmağı və investisiya yatırmağı səbirsizliklə gözləyirik. Avqust ayında baş tutan telefon danışığımız zamanı müzakirə etdiyimiz kimi, cəmi bir ildən bir qədər artıq müddət ərzində birlikdə tarix yazmışıq. Sizin sülhə sadiqliyiniz Ermənistan, ABŞ və region üçün böyük imkanlar yaradacaq”, - Tramp vurğulayıb.