BAKI, 22 sentyabr. TELEQRAF

Nyu-Yorkda ABŞ və İran rəsmiləri arasında görüş olub.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidenti bildirib ki, İranla görüş təxminən üç saat davam edib və bir saat əvvəl başa çatıb: "İranla görüş çox yaxşı keçdi".

Tramp tərəflər arasında yaxın zamanda daha bir görüşün keçirilməsinin planlaşdırıldığını da qeyd edib.