BAKI, 23 sentyabr. TELEQRAF

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən BMT-də çıxışı zamanı bütün qonşu ölkələrin adını çəksə də, bir dəfə də olsun Gürcüstanı xatırlamadı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Vaxt vardı, ABŞ Prezidenti demək olar, hər çıxışında bizi xatırlayırdı. O vaxt biz bütün regionun incisi idik. Amerika bir kənarda dursun, dünən BMT-də çıxışı zamanı Prezident Ərdoğan Türkiyənin bütün qonşularının adını bir neçə dəfə çəksə də, Gürcüstanın adını bir dəfə də olsun xatırlamadı. İvanişvili də elə bunu istəyir, onun konsepsiyası budur: “Bir küncdə oturub şorbamı qurtumlayıram”.

Ölkənin “əzilməsi” planı məhz belə görünür. Biz bu çirki, bu biabırçılığı üstümüzdən atmalı və bütün dünyaya deməliyik: biz qorxaq və əzilən deyilik və heç vaxt da olmayacağıq. İlk növbədə özümüzə hörmət etməliyik ki, başqalarının hörmətinə layiq olaq”, - Saakaşvili bildirib.