BAKI, 22 sentyabr. TELEQRAF
İsrail qoşunları Suriya ərazisinə qanunsuz daxil olan 14 israilli saxlayaraq geri qaytarıb.
Teleqraf xəbər verir ki, bu batədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
"On dörd İsrail vətəndaşı Alonei HaBaşan ərazisinə (Qolan təpələrində İsrail yaşayış məntəqəsi – red) gələrək sərhədi keçərək Suriyaya keçib. Əsgərlər əraziyə göndərilib, onlar tapılıb və İsrail ərazisinə qaytarılıb" - məlumatda qeyd olunur.
Mətbuat xidmətindən bildirilib ki, saxlanılanlar əlavə araşdırma üçün İsrail polisinə təhvil verilib.
"İsrail Müdafiə Qüvvələri ərazidə döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olan və əsgərləri təhlükəyə atan bu cür hadisələri qətiyyətlə pisləyir", - ordudan vurğulanıb.
Ordunun mətbuat xidməti yekun olaraq bildirib ki, hüquq-mühafizə orqanları cinayət əməli təşkil edən bu cür hərəkətlərin təkrarlanmasının qarşısını almağa borcludur.