BAKI, 23 sentyabr. TELEQRAF

“Araz-Naxçıvan” futbol klubunun baş məşqçi postuna Yuri Maksimov təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polissya”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.