BAKI, 23 sentyabr. TELEQRAF

Yaponiyanın Baş naziri Sanae Takaiti və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən görüşdə ABŞ-Yaponiya alyansının çəkindirmə və cavab imkanlarını gücləndirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb. Görüş sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçirilib.

Məlumata görə, Tramp və Takaiti iqtisadi təhlükəsizlik məsələlərində də sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı Yaponiya hökumətinin başçısı ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Tokionun mövqeyini də Trampın diqqətinə çatdırıb. Sanksiya tətbiq edilən şəxslər arasında məhkəmənin yaponiyalı sədri Tomoko Akane də var.

Tokio bundan əvvəl BCM-ni dəstəklədiyini və məhkəmə nümayəndələrinə qarşı ABŞ sanksiyalarından təəssüfləndiyini bildirib.