BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Təhlükəsiz mühit və dayanıqlı infrastruktur” mövzusunda müşavirə keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN-in Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də ərazidə yerləşən şəhər və rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, o cümlədən digər aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəis müavini Ruhid Hacəliyev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.
Çıxış edən digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.