BAKI, 22 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp, Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen təhlükəsizlik məsuliyyətlərinin ABŞ-yə ötürülməsi ilə bağlı saziş imzalayıblar.
Teleqraf xəbər verir ki, imzalanma mərasimi Ağ Evin mətbuat xidməti tərəfindən canlı yayımlanıb.
Sazişin imzalanması hazırda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Tramp əvvəllər ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi üzərində nəzarətin Vaşinqtona ötürülməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. O qeyd etmişdi ki, Amerika tərəfi dərhal Arktika adasında hərbi mövcudluğunu artırmağa başlayacaq.