BAKI, 23 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması üçün hazırda müəyyən zəmin olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə görüşündə deyib.

“Düşünürəm ki, onların razılaşma əldə etməsi üçün çoxlu ilkin şərtlər var. Bunu prosesdə iştirak edən hər kəsdən eşidirik”, – ABŞ lideri bildirib.

Tramp xatırladıb ki, kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl İran məsələsi üzrə vasitəçilərlə “çox məhsuldar görüş” keçiriblər.

ABŞ Prezidenti Tehranın Vaşinqtonun şərtlərini qəbul edəcəyinə ümid etdiyini bildirib və alternativ variantın tərəflər üçün məqbul olmadığını vurğulayıb.