BAKI, 23 sentyabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna nümayəndələri ilə danışıqlar aparacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff və Kuşner Nyu-Yorkda Ukraynanın danışıqlar qrupu, həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə rəsmiləri ilə görüşəcəklər.
Görüşdə Ukraynanın Rusiya ilə gərginliyin azaldılmasına dair mümkün razılaşmalarla bağlı təkliflərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, “Axios” daha əvvəl ABŞ-nin Rusiya-Ukrayna müharibəsində gərginliyin azaldılması və danışıqların bərpası imkanlarını araşdırdığını yazmışdı.