BAKI, 23 sentyabr. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ABŞ Prezidenti Donald Trampa Folklend (Malvin) adaları ilə bağlı Londonun mövqeyinin dəyişməz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ilkin olaraq “Reuters” məlumat yayıb. Börnhəm Nyu-Yorkda Trampla görüşündən sonra jurnalistlərə bildirib ki, Böyük Britaniya mümkün təhdidlər qarşısında mövqeyini qəti şəkildə müdafiə edəcək.
Baş nazirin sözlərinə görə, London Folklend adaları sakinlərinin öz müqəddəratını təyin etmək və Britaniya vətəndaşı olaraq qalmaq hüququnu müdafiə edəcək.
Börnhəm bu mövqeyi ABŞ prezidentinə şəxsən çatdırmaq istədiyini və Trampın Londonun yanaşmasını aydın şəkildə başa düşdüyünü qeyd edib.
Görüş zamanı tərəflər Folklend adaları ilə yanaşı, Ukrayna və ticarət məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, Folklend adaları uzun müddətdir Böyük Britaniya ilə Argentina arasında ərazi mübahisəsinin predmetidir. Argentina adaları Malvin adaları adlandırır və onlar üzərində suverenlik iddiasını davam etdirir.