BAKI, 23 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın Konqresə aralıq seçkilərədək və ya seçkilərdən dərhal sonra əldə oluna biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Körfəz ölkələrinin nümayəndələri ilə görüşündə deyib.
Trampın sözlərinə görə, əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
ABŞ lideri İrandakı nüvə obyektlərinin vurulduğunu bildirib və Kolanq-Qaz-La dağ massivində yerləşdiyi ehtimal olunan obyektə də zərbə endirilə biləcəyini deyib. Onun sözlərinə görə, hazırda həmin ərazidə ciddi aktivlik müşahidə edilmir.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.