BAKI, 23 sentyabr. TELEQRAF

“Rusiya 2026-cı ildə Ukrayna ərazisinin təxminən 890 kvadrat kilometrini işğal edib, Ukrayna isə 800 kvadrat kilometri azad edib”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu o deməkdir ki, Putin müxtəlif istiqamətlərdə bir il ərzində əlavə 90-100 kilometr ərazi işğal edib. Bu, əvvəlki ildən xeyli azdır. Əvvəllər ildə təxminən 3-4 min kilometr ərazi işğal edirdilər”, - dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, bu müddət ərzində Rusiya 270 000 hərbçisini itirib: “Gördüyünüz kimi, 100 kvadrat kilometr üçün ödənilən bədəl çox yüksəkdir”.

Ukrayna lideri qeyd edib ki, Vladimir Putin tez-tez Rusiya ordusunun uğurlarından danışsa da, yerdəki reallıq tam fərqlidir: “Putin Rusiyanın döyüş meydanındakı “uğurları” barədə çox danışır, amma generalları ona həqiqəti demirlər”.