BAKI, 23 sentyabr. TELEQRAF

Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ-nin əsas kalium gübrəsi tədarükçüsü olaraq qalacağını bildirib.

Teleqraf xəbər verir ki, Karni bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kanada ABŞ-nin istehlak etdiyi kalium gübrələrinin təxminən 75-80 faizini təmin edir.

“Biz məhsulu vaxtında və ən aşağı xərclərlə tədarük edirik. Bunu davam etdirəcəyik”, – Karni bildirib.

Baş nazir Kanadanın rəqabətqabiliyyətli qiymətlər təklif edən etibarlı tədarükçü olduğunu vurğulayıb və bu sahədə ABŞ ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını deyib.

Karni bununla ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Belarusdan Kanadaya nisbətən daha ucuz kalium gübrəsi almaqda maraqlı olması barədə açıqlamasına münasibət bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 11-də ölkəsinin ABŞ-yə kalium gübrəsi tədarük etdiyini açıqlayıb.