​BAKI, 6 aprel. TELEQRAF

İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei göstəriş verib.

Tehran Bəhreyn, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə öz ərazilərindən İrana hücum üçün şərait yaratmamaları üçün xəbərdarlıq edib. Qeyd olunub ki, bu ölkələrdən İrana mümkün hücum düşmənçilik aktı kimi qəbul olunacaq və həmin ölkələrə cavab veriləcək.

Xatırladaq ki, martın 7-də ABŞ Prezidenti Donald Tramp Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqların aparılması üçün məktub göndərib. Tehran Vaşinqtonla birbaşa danışıqlardan imtina edib. ABŞ Prezidenti qeyd edib ki, nüvə proqramı ilə bağlı müzakirələr nəticə verməsə, İran misli görünməmiş şəkildə bombalanacaq.