
BAKI, 8 aprel. TELEQRAF
Çinin Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa məlumat verib.
"Biz Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıq", - Sıbıqa bildirib.
Nazirin sözlərinə görə, bu addım Çin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı yayılan məlumatlarla əlaqədardır.