
BAKI, 8 aprel. TELEQRAF
Rusiya ABŞ ilə İstanbulda keçiriləcək növbəti görüşdə xarici işlər nazirliyi səviyyəsində təmsil olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, görüş Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil ediləcək və bu mövzu ilə bağlı məlumatları qurumun nümayəndələrindən almaq lazımdır.