BAKI, 8 aprel. TELEQRAF

Azərbaycan milli komandasının üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Teleqraf xəbər verir ki, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanıb.

İslam Bazarqanov bolqarıstanlı İvaylo Tisov 12:2, Əli Rəhimzadə ukraynalı Andrey Svirid 4:0, Kənan Heybətov isə Macarıstan təmsilçisi İsmail Musukayevi 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın digər sərbəst güləşçilərindən Osman Nurmaqomedovla (92 kq) Giorgi Meşvildişvili (125 kq) qitə çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Ağanəzər Novruzov isə bürünc medal uğrunda görüşə çıxacaq.

***

20:49

Güləş üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.

Teleqraf xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan sərbəst güləşçi Əli Rəhimzadə bürünc medala layiq görülüb.

Rəhimzadə ukraynalı Andrey Sviridi 4:0 hesabı ilə üstələyib.

***

20:23

Güləş üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk medalını qazanıb.

Teleqraf xəbər verir ki, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov bürünc medala layiq görülüb.

Bazarqanov bolqarıstanlı İvaylo Tisovu 12:2 hesabı ilə məğlub edib.