
BAKI, 8 aprel. TELEQRAF
ABŞ Konqresi Prezident Donald Trampın digər ölkələrdən idxal edilən mallara rüsum tətbiq etməsinə imkan verən fövqəladə səlahiyyətlərini ləğv etmək hüququna malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Demokratik Partiyanın senatoru Elizabet Uorren “X” hesabında paylaşım edib.
O bildirib ki, qanunverici orqan bu xaosu dayandırmağa qadirdir və Konqres indi Trampın bu rüsumları tətbiq etmək üçün istifadə etdiyi fövqəladə səlahiyyətləri ləğv edən qətnamə təqdim edə bilər.