BAKI, 8 aprel. TELEQRAF

Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nı təsdiqləyib.

Teleqraf xəbər verir ki, bununla başlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.