BAKI, 8 aprel. TELEQRAF

Ukraynada döyüşlər dayandırılmalıdır. Birləşmiş Ştatlar pis niyyətli danışıqlara və sülh sazişlərinin pozulmasına dözməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi Təhlükəsizlik Şurasının iclasında deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, Rusiya və ABŞ təmasları çərçivəsində Ukrayna münaqişəsinin davamlı və uzunmüddətli həlli yolunun axtarışını müzakirə edirlər. Onun sözlərinə görə, buna nail olmaq üçün böhranın əsas səbəblərini aradan qaldırmaq lazımdır.

Həmçinin, ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukraynanın münaqişənin həlli ilə bağlı razılaşmalara yaxın olduqlarını bildirib.