BAKI, 8 aprel. TELEQRAF

Türkiyənin Statistika Təşkilatı (TÜİK) maliyyə investisiya alətlərinin real gəlir dərəcələri üzrə mart ayında qeydə alınan nəticələri açıqlayıb.

Teleqraf xəbər verir ki, açıqlanan statistikaya görə, yerli istehsalçı qiymətləri və istehlak qiymətləri indeksi nəzərə alınmaqla, mart ayında investorlar üçün ən yüksək real gəlir avro və külçə qızılda qeydə alınıb.

Martda avro 4,42% il üzrə ən yüksək real gəliri təmin edib. Eyni zamanda külçə qızıl 2,90%, BIST 100 indeksi 1,66%, depozit faizləri isə 1,27% real gəlir gətirib. Dollar isə 0,64% real gəlirli olub.Bu dövrdə Dövlət Daxili Borclanma Sənədləri investorlara 1,90% real itki yaşadıb.