
BAKI, 8 aprel. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycan - Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.