BAKI, 8 aprel. TELEQRAF

Banqladeş hökuməti ABŞ-nin tətbiq etdiyi 37 faizlik tarifləri üç aylıq təxirə salmağa çağırıb.

Teleqraf xəbər verir ki, Banqladeşin müvəqqəti hökumətinin nümayəndəsi Məhəmməd Yunus ABŞ Prezidenti Donald Trampa bu barədə məktub yazıb.

Yunus məktubunda ABŞ-nin Banqladeşə tətbiq edəcəyi 37 faizlik qarşılıqlı rüsumların üç aylıq təxirə salınmasını və tariflərin "yenidən nəzərdən keçirilməsini" istəyib.

Banqladeş dünya miqyasında Çindən sonra ikinci ən böyük hazır geyim ixracatçısıdır. 2024-cü ildə ABŞ-yə 8,4 milyard dollarlıq ixrac reallaşdırılıb. Bunun da 7,34 milyard dolları hazır geyim məhsulları olub.