
BAKI, 8 aprel. TELEQRAF
Aqrar Xidmətlər Agentliyinin inzibati binası təmir ediləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı xidmət podradçı axtarır.
İşlərin dəyəri 118.824,76 AZN qiymətləndirilib. Görüləcək işlərə söküntü, təmir, su təchizat, kanalizasiya sisteminin qurulması, elektrik işləri daxildir.
Təkliflərini son təqdim edilmə tarixi mayın 5-dir.