BAKI, 8 aprel. TELEQRAF

Aprelin sonuna qədər Ümrə ziyarətləri bitəcək.

Bu barədə Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, aprelin sonundan sonra Ümrə ziyarəti olmayacaq.

"Hazırda Məkkədə Ümrə qrupları var. 2-3 günə də digər qruplar çıxacaq. Aprelin sonuna qədər isə bütün qruplar geri qayıdacaq. Aprelin 20-dən sonra yeni qruplar olmayacaq", - deyə V. Cahangiri əlavə edib.

O həmçinin qeyd edib ki, bundan sonra artıq Həcc mövsümü başlayacaq.