
BAKI, 6 aprel. TELEQRAF
Çin ABŞ ilə qlobal razılaşma planlarından imtina edərək ticarət müharibəsinə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
“ABŞ Prezidenti Donald Trampın son tarif tədbirləri ilə Pekinin dialoqa ümidi yox olaraq, məyusluq və qəzəbə çevrildi”, - yazıda qeyd olunur.
Bildirilir ki, Tramp administrasiyasının ticarət siyasəti Vaşinqtonla ortaq dil tapmağı müdafiə edən Çin siyasətçilərinin məyusluğuna səbəb olub.