
BAKI, 31 mart. TELEQRAF
Myanmada martın 31-dən aprelin 6-dək ölkədə milli matəm elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə sərəncam imzalanıb.
Qeyd edək ki, martın 28-də Myanmada 7.9 bal gücündə zəlzələ baş verib və nəticədə 1700-dən çox insan həyatını itirib.