BAKI, 31 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makronun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa dövlətinin başçısı türkiyəli həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.

E.Makron danışıqlar zamanı bayramın İslam dünyası üçün xeyirli olmasını arzulayıb.