
BAKI, 1 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda hakim komandada köklü dəyişikliklərə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, baş nazir komandasının əksər üzvlərindən narazıdır:
“Demək olar ki, Paşinyan komandada hər kəsdən narazı olduğunu göstərir. Artıq bəyan edib ki, qarşıdakı seçkilərə qədər hakim “Vətəndaş Müqaviləsi” Partiyasında ciddi dəyişikliklər olacaq. Ermənistan rəhbəri ümid edir ki, bəzilərini qurban verməklə özünün və komandasının reytinqini 2026-cı il seçkilərinə qədər yüksəldəcək”.