BAKI, 1 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu yayda İspaniya "Real Madrid"inə keçə bilər.

Teleqraf "Sky Sports"a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu 2025-ci il klublararası dünya çempionatında çıxış etmək istəyir.

Yarışda "Əl-Nəsr" mübarizə aparmayacağından, o, "kral klubu" ilə qısamüddətli sözləşmə variantını nəzərdən keçirir.

FIFA xüsusi olaraq, transfer pəncərəsini 1 - 10 iyunda açacaq və portuqaliyalı forvardın Madrid təmsilçisi ilə bir turnirlik müqavilə bağlamaq imkanı olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin sonlarından "Əl-Nəsr"in futbolçusudur. Onun klubla müqaviləsi iyunda başa çatır.

Ronaldu 2009 - 2018-ci illərdə "Real Madrid"in formasını geyinib. Hücumçu "kral klubu"nun heyətində iki dəfə İspaniya çempionluğu, dörd dəfə Çempionlar Liqasını, üç dəfə klublararası dünya çempionluğu qazanıb.