
BAKI, 30 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğluna dəstək aksiyasındakı iştirakçıların sayı ilə bağlı ziddiyətli fikirlər səsləndirilib.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel martın 29-da Maltəpədəki (İstanbul) mitinqə 2,2 milyon insanın gəldiyini iddia edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda isə aksiyaya cəmi 150 min adamın qatıldığı açıqlanıb.
“Maltəpə ətrafı maksimum 450 min nəfəri qəbul edə bilər. CHP-nin mitinqində150 min insan iştirak edib", - deyə rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, martın 19-da Ə.İmamoğlunun həbsindən sonra Türkiyədə etiraz dalğası başlayıb. Ən böyük mitinqlər İstanbul, Ankara və İzmirdə keçirilir.