BAKI, 22 mart. TELEQRAF

Türk kinosunun parlaq simalarından olan aktrisa Filiz Akın 82 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, o,uzun müddətdir müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, aktrisa 1943-cü ildə Ankarada şəhərində anadan olub.

Filiz Akın "Yeşil çam"ın ən parlaq aktrisalarından hesab olunurdu. "Yumurcak", "Karateci Kız", "Ankara Ekspresi", "Acı Hayat" kimi filmlərdəki rolları ilə tamaşaçıların qəlbində silinməz iz buraxmışdı.