
BAKI, 23 mart. TELEQRAF
Amerikalı milyarder İlon Maskın Cənubi Afrika Respublikasında (CAR) üzləşdiyi irqçi münasibətə görə "SpaceX" şirkətinin bu ölkədə fəaliyyət göstərməsinə icazə verilməyib.
Teleqraf xəbər verir ki, bu barədə milyarder "X" sosial şəbəkəsində paylaşım edib.
“Starlink-in Cənubi Afrikada fəaliyyət göstərmək üçün lisenziyası yoxdur, çünki mən qara deyiləm. Bu düzdür?" – iş adamı deyib.
Qeyd edək ki, fevralın əvvəlində Cənubi Afrikanın hakim koalisiyasında Maskın ölkənin “irqçi qanunlarından” danışmasından sonra onun Starlink peyk rabitə sisteminin işə salmasına razılıq verilməyib.
Cənubi Afrikanın telekommunikasiya sektorundakı xarici investorlar fəaliyyət icazəsi almaq üçün öz layihələrinin 30%-nə qaradərili biznesmenləri cəlb etməlidirlər.