BAKI, 23 mart. TELEQRAF

Formula 1 üzrə Çin Qran Prisinə yekun vurulub.

Teleqraf xəbər verir ki, Şanxay şəhər halqasında keçirilən yarışda "Maklaren"in pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı idmançının komanda yoldaşı Lando Norris yekun sıralamada ikinci olub. İlk "üçlüy"ü "Mersedes"in sürücüsü Corc Rassel qapayıb.

"Aston Martin"dən Fernando Alonso 5-ci dövrədə əyləc sisteminin sıradan çıxmasına görə yarışı bitirə bilməyib.

Martın 14-16-da Avstraliyada baş tutan mövsümün ilk yarışında "Maklaren"in üzvü Lando Norris birinci olmuşdu.

Qeyd edək ki, 19 - 21 sentyabrda Azərbaycan Qran Prisi keçiriləcək.