
BAKI, 23 mart. TELEQRAF
ABŞ Venesueladan olan 21 miqrantı Quantanamodakı hərbi bazaya deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Məlumata gör, bazaya göndərilən şəxslər öz vətənlərinə deportasiyanı gözləyəcəklər.
Quantanamoda olmuş miqrantların sözlərinə görə, onlar dar, bərbad otaqlara yerləşdiriliblər, bayıra çıxmaq qadağan edilib və vəkillərlə görüşə icazə verilməyib.