BAKI, 23 mart. TELEQRAF

Çexiya prezidenti Petr Pavel ölkəsinin Avropa İttifaqına məxsus sülhməramlı qüvvələrin tərkibində Ukraynaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Yevropeyskaya Pravda" qəzeti məlumat yayıb.

"İnanıram ki, bu kontingenti göndərmək üçün birgə hazırlıq aparılacağı anda Çexiya onun bir hissəsi olacaq", – deyə Petr Pavel vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi ideyasının əsas tərəfdarlarından biri Fransa prezidenti Emmanuel Makrondur.