BAKI, 23 mart. TELEQRAF

Rusiya və Ukrayna arasında müharibənin daha da gərginləşməsinin qarşısını almaq üçün hər şey nəzarət altındadır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısı vurğulayıb ki, onun Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə yaxşı münasibətləri döyüşlərə son qoymaq üçün danışıqların açarıdır:

“Bunun qarşısını almaq çox yaxşı olardı. Bunu deməliyəm, (bunu məndən) başqa heç kim edə bilməz, heç kim”.

Tramp qeyd edib ki, Putini çox yaxşı tanıyır:

“Mən prezident olanda Putin heç yerə hücum etməyib. Buş prezident olanda Gürcüstan ərazisi, Obama prezident olanda da Krımı aldı, o, hər şeyi ələ keçirməyə çalışır. Düşünürəm ki, dünyada məndən başqa onu (Putini) dayandıra biləcək kimsə yoxdur, düşünürəm ki, mən onu dayandıra biləcəyəm”.