BAKI, 23 mart. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Co Bayden gizli şəkildə Amerikanın "Chevron" şirkətinə Venesuelaya qarşı sanksiyalardan yayınmasına icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, Bayden 2022-ci ildə "Chevron"a neftə görə vergi və royalti (torpaq sahibinin xeyrinə hasil edilən hər barel neft üçün sabit vergi) Venesuela büdcəsinə ödəməyə icazə verən sanksiyalar sərəncamına əlavələr edib. İndi Donald Tramp administrasiyası neft şirkətindən Venesueladakı fəaliyyətini tamamilə dayandırmağı tələb edib və Baydenin qəbul etdiyi düzəlişi ləğv edib.

2024- cü ildə sanksiyalardan yan keçməklə Venesuela büdcəsinə 300 milyon dollar məbləğində əlavə gəlirlər təmin edilib.