BAKI, 23 mart. TELEQRAF

Kiyevdə silsilə partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün Telegram kanalında danışıb.

Bildirilir ki, Kiyevin Dnepropetrovsk rayonunda pilotsuz təyyarənin qalıqları yaşayış binasının üzərinə düşüb və nəticədə yanğın baş verib. Hadisənin görüntüləri internetdə yayılıb. Sonradan məlum olub ki, dağıntılar Kiyevin Dneprovski rayonunda, eləcə də Qoloseyevski rayonunun sənaye zonasında da olub. Podolsk rayonunda çoxmərtəbəli binanın üzərinə dağıntıların düşməsi barədə də xəbər yayılıb.

Kliçkonun sözlərinə görə, şəhərdə hava hücumundan müdafiə sistemi fəaliyyətini davam etdirir.