BAKI, 23 mart. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında tam atəşkəs və İsrail qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlmək üçün maksimum çeviklik nümayiş etdirməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndələri Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündən sonra mətbuata açıqlamasında bildirib.

HƏMAS-ın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti üzvləri İsrailin atəşkəs razılaşmasına əməl etməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin bəyan ediblər ki, hərəkat əldə olunmuş razılaşmalara sadiqdir və Qəzza zolağında hərbi əməliyyatların hərtərəfli dayandırılması, girovların dəyişdirilməsi və İsrail qoşunlarının anklavdan çıxarılmasına nail olmaq üçün maksimum çeviklik nümayiş etdirməyə hazırdır.

Danışıqlarda HƏMAS nümayəndə heyətinə Xəlil əl-Heya rəhbərlik edib.